06.06.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi kitabxananın Xidmət şöbəsində "İnsan Hüquqlarının müdafiəsi ilə bağlı xidmət şöbəsinin əməkdaşı İlahə Nəbizadə tərəfindən mövzu ilə bağlı məruzə edildi.
İlk öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
İlahə Nəbizadə öz məruzəsində “İnsan hüquqları və ya İnsan haqları — “ insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar”, həmçinin “insan haqlarının əsas məğzi nədən ibarətdir”, “insan hüquqlarının beynəlxalq müdafiəsi», «beynəlxalq hüquqda insan hüquqları” mövzusunda geniş məzmunlu məruzə etdi.
Tədbirdə iştirak edən kitabxananın fəal oxucuları da mövzuyla bağlı müzakirə edərək öz fikirlərini bildirdilər.
Sonda bildirildi ki, İnsan hüquqları bütün şəxslər üçün bərabər və daimi , hər bir ölkədəki insanlar üçün eynidir. Yəni, hər bir fərdin hansı ölkədə doğulmasından və ya yaşamasından asılı olmayaraq hüquqları bərabərdir. Onlar ayrılmaz, bölünməz və bir-birinə bağlıdır. Bu, o deməkdir ki, onlar heç vaxt insanlardan alına bilməz.